Hollandiyada ərzaq bahalaşdı

48

Fərhad ÇAĞTÜRK/  Hollandiyada yeni qurulan hökumətin ilk qərarı ərzağın bahalaşması ilə bağlı olub. AzEuroNews.com-un məlumatına görə, hökumət ərzağa tətbiq olunan verginin 6 %-dən 9%-ə çıxarılmasına qərar verib. Qərar böyük ticarət şəbəkələrində etirazla qarşılanıb. Bir çox sahibkar bu qərarın onlara böyük müştəri itkisinə başa gələcəyini vurğulayıblar.

Ərzağın bahalaşmasından sonra Almaniya sərhəddində yaşayan hollandlar alış-verişlərini həmin ölkənin marketlərindən etməyə qərar veriblər.

Əvvəllər isə, almanlar ucuz qəhvə, kola və s. içki və qida məhsullarını almaq üçün Hollandiyaya gəlirmiş.