İmişlidə piyadanı vurub qaçan sürücü tutuldu-Fotolar

7

Fərhad ÇAĞTÜRK/ İmişlidə yol qəzası baş verib. AzEuroNews.com-un məlumatına görə, piyadanı vuran sürücü hadisə yerindən qaçıb. Lakin qısa müddətdə polis əməkdaşları tərəfindən hadisəni törədən sürücü  avtomobillə birgə saxlanılıb.

Hadisə Hacıqabul-Horadiz yolunun İmişli rayonundan keçən hissəsində qeydə alınıb. Rayonun Məzrəli kənd sakini 1987 təvəllüdü Bağırov Nəcməddin Həsən oğlu naməlum avtomobil tərəfindən vurulub. Yaralı İmişli rayon Mərkəzi Xəstəxnasına çatıdırlıb. Hadisə yerindən uzaqlaşan  avtomobilin axtarışna  başlanılıb. Qısa müddətdə  qəzanı törədən İmişli rayon sakini Nəsirov Elsəvər Əli olduğu müəyyən edilib. O qaçıb gizlənməyə çalışsa da,  polislərin  diqqətindən yayına  bilməyib.

Hazırda faktla bağlı araşdırma aparılır. Qəza nəticəsində  xəsarət alan piyada travmatalogiya şöbəsinə yerləşdirilib vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

4d736a12-0a24-4768-8005-9a7d60a11a1a 7f614975-0020-4593-8b18-17b167f61ddc 8a02135f-8904-4750-9b0f-3a9e87955b06 962accbc-0e92-44da-b541-9b8250f7e698