İraqda terror aktı — 11 ölü

11

İraqda növbəti terror aktı törədilib.

“Ölkə.Az” xəbər verir ki, insiden İraqın Ənbər vilayətində baş verib. Kamikadze terrorçu üzərindəki bombanı kafedə işə salıb. Terror aktı nəticəsində həlak olanların sayı barədə müxtəlif məlumatlar var.

İraqın daxili işlər nazirliyinin nümayəndəsi deyib: “Kamikadze terrorçunun Hit şəhərinin əl-Davar rayonundakı kafeyə etdiyi hücum nəticəsində 7 nəfər həlak olub, 15 nəfər xəsarət alıb”.

“Associated Press” agentliyi isə bildirir ki, 11 nəfər həlak olub, 15 nəfər xəsarət alıb.