Limonu doğrayıb yataq otağına qoyun – FAYDALI MƏSLƏHƏT

14

Soyuq havaların gəlişi ilə əksər insanlar mənzildə, hətta nəfəsliyi belə açmaq istəmirlər. Xüsusilə də, yataq otağında arzulanan isti tempraturun olmasına daha çox çalışırlar. Amma bir məsələdə onu da nəzərə almaq lazımdır ki, sağlam və normal yuxuya sahib olmaq üçün yataq otağını təmiz hava ilə də təmin etmək lazımdır.

Modern.az saytı mövzu ilə bağlı çox sadə bir üsulu təqdim edir.

Əgər yataq otağınızın pəncərəsini, yaxud nəfəsliyini açmadan təmiz hava ilə təmin etmək istəyirsinizsə, limon sizin köməyinizə çatacaq. Belə ki, yatmazdan əvvəl limonu dörd yerə bölüb boşqabda çarpayınızın yanına qoyun.

Doğranmış limon yataq otağının havasını təmizləyərək dəyişəcək, nəfəs almanıza müsbət təsir göstərəcək və sizə rahat yuxu bəxş edəcək.

Digər bir tərəfdən isə limonun ətri gün ərzində “qazandığınız” stressdən və gərginlikdən sizi xilas edəcək.

Nəzərə almaq lazımdır ki, doğranılmış limon yataq otağına yatmazdan yarım saat əvvəl qoyulmalıdır.