Məşhur cütlük ayrıldı – Nişana hazırlaşırdılar + Foto

7

Hollivudun məşhur aktyorlarından olan Robert Pattinson müğənni sevgilisi Taliey Barnettdən ayrılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb.

Məlumata əsasən, Pattinson yaxın vaxtlarda baş tutmalı olan nişan məclisini təxirə salıb və dostlarına ayrıldığını bildirib.

Qeyd edək ki, Robert və Taliey 2014-cü ilin sentyabrından görüşməyə başlayıb.