Rakkanın İŞİD-dən azad olunması xəbəri yayıldı

4

İŞİD-in Suriyadakı qeyri-rəsmi olan Rakka şəhəri terrorçulardan tam təmizlənib.

APA-nın məlumatına görə, bu barədə “Al Arabiya” telekanalı xəbər verib.

Məlumata görə, son terrorçular “Suriya Demokratik Qüvvələri”nin dəstələrinə təslim olublar.

Qeyd edək ki, Rakkanın azad edilməsi əməliyyatı iyunun 6-da başlayıb. ABŞ aviasiyası “SDQ”-yə hava dəstəyi göstərir.