Şimali Koreya Krımı Rusiyanın ərazisi kimi tanıyıb

8

Koreya Xalq Demokratik Respublikası Krım yarımadasını Rusiya Federasiyasının regionu kimi tanıyıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə cümə axşamı, oktyabrın 12-də, Rusiyanın KXDR-dəki səfirliyi məlumat yayıb.

“Respublika yarımadanın Rusiya Federasiyasının tərkibinə daxil olması barədə Krımda keçirilən referendumun nəticələrinə hörmətlə yanaşır. KXDR hesab edir ki, ümumxalq səsverməsi beynəlxalq normalara uyğun keçirilib”, – məlumatda deyilir.

Səfirlikdə əlavə ediblər ki, rəsmi Pxenyan bu məsələ ilə bağlı öz mövqeyini BMT-də səsvermə zamanı bildirib.