Simvol foto © Fərahim İlqaroğlu / AzEuroNews.com
Simvol foto © Fərahim İlqaroğlu / AzEuroNews.com

 

Fərhad Çağtürk / AzEuroNews.com Almaniyada 15 yaşlı qıza təcavüz edən Əfqanıstan vətəndaşı həbs edilib. AzEuroNews.com xəbər verir ki, hadisə Brandenburq əyalətinin Köniqs Vusterhausen şəhərində qeydə alınıb. Belə ki, 21 yaşlı Əfqanıstan vətəndaşı Məhəmməd F. 15 yaşlı qız dostu ilə gəzrmiş. O, qız dostu ilə birgə ictimai tualetə girib. Qızın qışqırıq səsinə gələn polis əməkdaşları hazırda Almaniyada qaçqın statusunda yaşayan Məhəmmədi saxlayıb. 

Gənc qız ifadəsinə bildirib ki, Məhəmməd F. ona təcavüz edirmiş. 

Məhkəmə qarşısına çıxarılan 21 yaşlı Əfqanıstan vətəndaşı həbs edilib. Onun ölkəsinə geri göndərilib-göndərilməyəcəyi hələ məlum deyil.

Məlumat üçün bildirək ki, Almaniyada təcavüz cinayətinə görə, həbs edilən əcnəbilər çox vaxt ölkələrinə deportasiya edilirlər.