Simvol foto © Rudy and Peter Skitterians / pixabay.com
Simvol foto © Rudy and Peter Skitterians / pixabay.com

 

Fərhad Çağtürk / AzEuroNews.com   Malaziyanın paytaxtı Kuala-Lumpurun hava limanında yaşayan suriyalı qaçqın Kanadaya viza alıb. AzEuroNews.com xəbər verir ki, 7 ay bundan əvvəl Suriyadan qaçaraq Kuala-Lumpura gələn Suriya vətəndaşı bu ölkədən sığınacaq ala bilmədiyindən hava limanında gecələməli olub. 7 ay hava limanındakı gözləmə zallarının skamyalarında yatan qaçqın suriyalı Kanadanın bu ölkədəki səfirliyinə viza üçün müraciət edib. 

Nəhayət 7 aydan sonra Kanada suriyalı qaçqının viza istəyini qəbul edib.