Yeni libas, köynək, hər hansı bir aksessuar alarkən ilk öncə onun keyfiyyətli olub-olmaması diqqətimizi çəkir. Bəs, aldığımız geyimlərin keyfiyyətini necə bilmək olar?
Bunun yollarını sizə təqdim edir:
1. Aldığınız paltarı əlinizdə sıxın. Əgər açılırkən əzilmirsə, demək keyfiyyətlidir.

2. Tikiş yerini dartın. Əgər tikişdə boşluq görünərsə, demək alacağınız məhsul keyfiyyətsizdir.

3. Geyimin üzərində zamok varsa, yaxşı olar ki, görünməsin. Onla daha uzun ömürlü olurlar.

4. Kənarların genişliyinə diqqət edin. Şalvar və ətəklərdə 4, köynək və libaslarda isə 2 santimetr artıq parça qalmalıdır.

5. Pambıq ipək, yun parçalar digərlərinə nisbətən daha dözümlüdür. Ona görə paltar alarkən içliyə diqqət yetirin.

6. Düymə yerlərinə fikir verin. Əks halda düyməni bağlayarkən üst-üstə düşməyə bilər.