Fərhad Çağtürk / AzEuroNews.com ➤  “Marriott” otellər şəbəkəsinin 500 milyon müştərisinin şəxsi məlumatları oğurlanıb. AzEuroNews.com xəbər verir ki, oteldən verilən rəsmi açıqlamaya görə, kiber hücuma məruz qalan otelin mərkəzi sistemindən müştərilərin doğum tarixi, pasport nömrələri, elektron poçt adresləri və telefon nömrələri oğurlanıb. 

Azərbaycan da daxil olmaqla bir çox ölkədə 7 minə yaxın otelə sahib “Marriott” rəsmi açıqlamada qeyd edib ki,  otelin sisteminə bu ilin iyun ayında edilən hücum nəticəsində 2014-cü ildən indiyə kimi otelin müştərisi olan hər kəsin şəxsi məlumatları kopyalanaraq ələ keçirilib.

“Marriott” otellər qrupunun başqanı Arne Sorenson açıqlamasında bildirib ki, hətta bəzi müştərilərin kredit kartı məlumatları da oğurlanıb. Otellər şəbəkəsindən müştərilərin bu yöndə müracitələrinə cavab vermək üçün özəl bir internet portalı qurulduğu açıqlanıb.

Məlumat üçün qeyd edək ki, “Marriott”un şəbəkəsinə daxil olan Bakıdakı oteli köhnə “Abşeron” otelinin yerində tikilib və “JW Marriott Absheron” adlanır. Otelin açlışı 2012-ci ildə olub.