Foto © dpa / Berliner Zeitung
Foto © dpa / Berliner Zeitung

Fərhad Çağtürk / AzEuroNews.com / Köln ➤ Argentinada keçirilən G20 sammitində iştirak etmək üçün bu ölkəyə yola düşən Almaniya kansleri Angela Merkelin olduğu təyyarə texniki problemlə əlaqədar Köln şəhərinə təcili eniş edib.

AzEuroNews.com xəbər verir ki, təyyarədə Almaniya kansleri ilə yanaşı, maliyyə naziri Olaf Şolts da olub.

Təyyarənin təcili eniş etməsi ilə əlaqədar hava limanında ciddi təhlükəsizlik tədbirləri görülüb, yanğınsöndürmə briqadaları hazır vəziyyətə gətirilib.

Yerli vaxtla saat 19:00-da Berlindən havaya qalxan təyyarədə texniki problem Hollandiyanın hava məkanında olarkən baş verib. Almaniya kansleri jurnalistlərlə söhbət etdiyi vaxt ona texniki problem barədə məlumat verilib.

Yayılan məlumatlarda Angela Merkelin və başçılıq etdiyi nümayəndə heyətinin başqa bir təyyarə ilə Argentinaya yola düşəcəyi, lakin sammitə gecikə biləcəyi qeyd olunub.