Fərhad Çağtürk / AzEuroNews.com / Köln  Almaniyada keçirilən İslam Konfransında qonaqlara donuz əti təqdim edilməsi müzakirələrə səbəb olub. AzEuroNews.com xəbər verir ki, xüsusilə sosial şəbəkələrdə iki cəbhə yaranıb.  Bir cəbhə konfrans iştirakçılarının çoxunun müsəlman olması səbəbindən bunu bir hörmətsizlik kimi qəbul edir. Digər cəbhə isə düşünür ki, orada qeyri-müsəlmanlar da iştirak edib və yemək çeşidləri bol olub. 

Ancaq buna baxmayaraq Almaniyanın daxili işlər naziri Horst Zeehoferin təşkilatçılığı ilə keçirilən İslam Konfransında belə bir olayın yaşanması “Yetərincə həssaslıq göstərilməyib” kimi şərh olunur. 

Məlumat üçün qeyd edək ki, ilk dəfə 2006-cı ildə toplanan və Almaniya dövləti ilə Almaniyada yaşayan müsəlmanlar arsında dialoqu, onların inteqrasiyasını yaxşılaşdırmaq məqsədi ilə təşkil olunan iki günlük konfrasın bu il sayca 12-cisi keçirilib. 

Fasilə zamanı qonaqlara donuz ətinin təqdim olunması da birmənalı qarşılanmayıb.