İsveçin avtomobil istehsalçısı “Volvo” Çin bazarında satdığı 16 min 582 avtomobili qoşulma modulunun proqram təminatındakı qüsurlara görə geri çağırır.

AzEuroNews.com bildirir ki, geri çağırılan avtomobillər 2016-2018-ci illərdə idxal edilmiş və “Volvo”nun Çindəki zavodlarında yığılmış “XC90”, “S90”, “V90CC” və “XC40” modelindən olan nəqliyyat vasitələridir.

Bildirilir ki, “Volvo” qüsurlu avtomobillərin proqram təminatını öz hesabına yeniləyəcək.