Qətər Neft İxrac Edən Ölkələr Təşkilatını (OPEC) tərk etməyə hazırlaşır.

“Report” “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin enerji naziri Saad əl-Kaabi bildirib.

O qeyd edib ki, Qətər 2019-cu ilin yanvar ayında OPEC üzvlüyündən çıxacaq.

Qeyd edək ki, Qətərin gündəlik neft hasilatı 600 min barel təşkil edir.