Elə ədviyyatlar var ki, qiyməti qızıla bərabərdir. Bu qiymətsiz ədviyyatlardan biri də zəfərandır. Qədim zamanlarda bu ədviyyatın bir qramı bir qram qızılla ölçülürdü. İllər ötsə də zəfəran hər zaman öz qiymətini qoruyub saxlayıb.

“Ölkə.Az” oxucularına zəfəranın faydaları barədə məlumatı təqdim edir.

Əvvəllər zəfəran müqəddəs, ilahi ədviyyat sayılırdı. Ondan müxtəlif dini ayinlərdə istifadə olunurdu.

Zəfəran yeməklərə, ədviyyatlara xüsusi dad verir. Bundan əlavə bu ədviyyatın insan orqanizmi üçün xüsusi müalicəvi təsirləri də var.

Beyin 

Zəfəran beynin fəaliyyətini möhkəmləndirir, toxumaların inkişafına kömək edir, yaddaşı gücləndirir.


Xərçəng xəstəliyi

Xərçəng hüceyrələrinin böyüməsinə mane olur. Bu xəstəliyin qarşısının alınması üçün profilaktik vasitədir.


Daxili orqanlar

Mədə-bağırsağın fəaliyyətini tənzimləyir, orqanizmdəki toksinləri xaric edir, böyrəkləri və sidik kisəsini təmizləyir, balla qarışdırılanda isə bu orqanlarda daşların yaranmasının qarşısını alır.


Ürək-qan damar sistemi

Qanı təmizləyir, ürək-damar sistemini yaxşılaşdırır, orqanizmin  hüceyrələrini qidalandırıcı maddələrlə təchiz edir və hüceyrələrin yenilənməsini yaxşılaşdırır.


Baş sinir sistemi

Zəfəran yuxusuzluq və nevrozla mübarizədə əla vasitədir. Həmçinin baş ağrılarını da aradan götürür, əsəb sistemini sakitləşdirir.


Kişi və qadın orqanizmi 

Bu “qızıl” ədviyyat qadın və kişi orqanizminə çox xeyirlidir. Bəzi qadın xəstəliklərindən qoruyur və  menstruasiya zamanı ağrıları azaldır. Bundan əlavə zəfəran kişilərdə cinsi gücü də artırır.

 Digər faydaları

– Radionuklidləri insan orqanizmindən çıxarır, enerji metabolizmasını yaxşılaşdırır və bədəndə yığılmış zərərli maddələrin qarşısını alır.

– Gözün tor qişasını bərpa edir və görmə qabiliyyətini yaxşılaşdırır.Allergiyalardan xilas edir. Yanıq və şişləri müalicə etmək üçün də əla vasitədir.

– Zəfəran qarında olan spazmaları və köpü aradan götürür.

– Həmçinin içki aludəçiliyindən azad olmağa da kömək edir.