Foto © Weingarten/Deutschland / pixabay.com
Foto © Weingarten/Deutschland / pixabay.com

Fərhad Çağtürk / AzEuroNews.com / Düsseldorf ➤  Sığınacaq haqqında ərizələri rədd edilən və hələlik möhlət verilən (deportasiyanın müvəqqəti təxirə salınması) təxminən 60 min miqrant Almaniyanı tərk etməlidir. Bu barədə AzEuroNews.coma Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzindən məlumat daxil olub.  Məlumatda deyilir ki, Sol Partiyanın deputatı  Ulya Yelpkenin sorğusuna federal hökumətin cavab verərək bildirib ki, 57112 nəfər təxirə salınmadan deport olunmalıdır. Oktyabr ayının sonuna kimi rəsmi olaraq deportasiya olunacaq, yəni müraciəti rədd edilən 234986 əcnəbi qeydiyyata alınıb. Ancaq onların böyük əksəriyyəti Almaniyada tamamilə rəsmi qalırlar. Beləliklə, cəmi 177874 şəxsin deportasiyası müvəqqəti olaraq təxirə salınıb. Belə hallarda dövlət deportasiya olunacaq əcnəbilərin təxminən dörddə üç hissəsini humanitar və ya praktik səbəblərdən deportasiya etmir. Lakin “güzəşt yolu ilə” (deportasiyanın müvəqqəti dayandırılması) təxirə salınmış deportasiya yalnız rəsmi olaraq dayandırılıb. Federal hökumətin məlumatına görə, deportasiya olunmalı şəxslərin əksəriyyəti Əfqanıstan, İraq və Serbiya vətəndaşlarıdır. “Rəsmi deportasiya olunmalı sığınacaq axtaranların əksəriyyətinə güzəşt olunur, bu adamların çoxu “dass all” olmaları səbəbindən deportasiya onlara tətbiq edilməməlidir,”- deyə Yelpke vurğulayıb. O bildirib ki, davamlı olaraq deportasiyaya səsləmək əvəzinə bu insanların qalması üçün səmərəli qaydalara ehtiyac var. 

Xatırladaq ki, hələ bir neçə gün əvvəl daxili işlər nazirləri Maqdeburqdakı payız görüşməsində Suriyadan olan müharibə qaçqınları üçün deportasiyanın növbəti ilin ortasına kimi uzadılması barədə razılıq əldə ediblər. Əgər orda təhlükəsizlik bərpa olunmasa, Suriyaya deportasiya avtomatik olaraq gələn ilin sonuna kimi təxirə salınacaq. Xarici İşlər Nazirliyinin Suriyadakı vəziyyətlə bağlı hazırkı məlumatı qaçqınlara tezliklə geri dönmək ümidi üçün heç bir əsas vermir. Vəziyyətin qiymətləndirilməsinə görə geri qayıdacaqları halda onları işgəncə, azadlıqdan məhrum olma, hətta ölüm gözləyir.

Almaniyada deportasiya olunası əcnəbilərin mənşə ölkələrinə əsasən sayı da (2018 Oktyabrın sonuna) təqdim olunub. Bu il oktaybrın sonuna olan rəqəmlərə görə, 234986 əcnəbi Almaniyada qalma statusu olmadan qeydə alınıb. Onlardan təxminən dörddə üç hissəsinə rəsmi icazə verilib. Onlar aşağıdakılardır:

Əfqanıstan 17021, İraq 14543,  Serbiya 13850, Rusiya Federasiyası 11610, Albaniya 10711, Kosovo 10421, Nigeriya 9356, Pakistan 9293, Müəyyənləşdirilməmiş 7065, Makedoniya 7043, Hindistan 6954, Türkiyə 6645, Livan 6378, İran 5543, Ermənistan 5446, Suriya 4483, Hana (Afrikada dövlət) 4208, Hambiya (Qərbi Afrika) 4159, Bosniya və Hersoqovina 3964, Qvineya.