Fransada davam edən etiraz dalğasına məktəblilər də qoşulub.

Trend-in məlumatına görə, bu gün ölkənin bir çox bölgəsində şagirdlər təhsil sistemindəki islahatlara etiraz edərək məktəb və liseylərə aparan yolu bağlayıb.

Nəticədə bu gün ölkə ərazisində yüzə yaxın məktəb bağlı qalıb.

Məktəblilərin etiraz aksiyaları paytaxt Parislə yanaşı, Overn-Rona-Alp, Burqundiya, Luara regionlarında, eləcə də Korsika adasında qeydə alınıb.

Qeyd edək ki, Fransada etiraz aksiyaları noyabrın 17-dən başlayıb. Dekabrın 1-də baş vermiş etirazlarda 133 nəfər xəsarət alıb, 400-dən çox şəxs saxlanılıb.