Foto © Ralph / pixabay.com
Foto © Ralph / pixabay.com

Fərhad Çağtürk / AzEuroNews.com / Köln ➤ Almaniyada ən qızğın müzakirə mövzusu qaçqınlar və miqarsiyadır. Əslində hakimiyyət deportasiyanın sürətləndirilməsi üçün heç bir iş görmür. Hakimiyyətdə olan böyük koalisiya qaçqınların şəxsiyyətlərinin daha tez müəyyən olunmasına nəzəri olaraq kömək edəcək 5 qanun layihəsi qəbul edib. Bu barədə AzEuroNews.coma Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzindən məlumat daxil olub.Məlumatda deyilir ki,  hakimiyyət Miqrasiya və Qaçqınlar üzrə iş Federal İdarəsinə (BAMF)  sığınacaq istəyənlərin mobil telefonlarını yoxlamaq icazəsi verib. Bundan başqa, Almaniyada sığınacaq almaq şansları olmayan miqrantlar indi qəbul mərkəzlərində qalırlar. Onları vətənlərinə deportasiya edəcəkləri gözlənilir. Almaniya hökuməti qaçqınların evə könüllü olaraq qayıtması üçün həm də bir neçə yardım proqramları tətbiq etməyə başlayıb. Hələ ki, bu tədbirlər böyük müvəffəqiyyətlə nəticələnməyib.

“Miqrasiya Paktı” məcburi deyil (öhdəlik yaratımır). Paktda deyilir: “Qlobal müqavilə hüquqi baxımdan könüllü əməkdaşlıq forması olan bir müqavilədir.” O, təsdiq edir ki, dövlətlər milli miqrasiya siyasətlərini nizamlamaqda azaddırlar.

Bəziləri iddia edirlər ki, hər bir qaçqın Almaniyanın sosial sisteminin bir hissəsi ola bilər. Doğru deyil! Almaniyanın sosial sisteminin bir hissəsi yalnız o miqrant və ya sığınacaq axtaran şəxs ola bilər ki, özü müstəqil olaraq bütün vergiləri və sosial ödənişləri ödəyə bilsin.

Pakta görə qaçqınlar barədə pis fikir söyləmək olmaz. BMT-nin “Miqrasiya Paktı”nın bəndlərindən birində deyilir ki, dövlət miqrantlara qarşı nifrət oyadan, miqrantlarla münasibətdə ayrı-seçkiliyi təbliğ edən KİV-ni dəstəkləməməlidir.

“Miqrasiya Paktı” məxfi sənəd deyil. Pakt BMT dövlət nümayəndələrinin 6 görüşü zamanı işlənib hazırlanıb. O, 2018-ci il iyul ayında qəbul olunmazdan əvvəl 3 ay ərzində aşkar şəkildə müzakirə olunub. Paktın qəbulundan sonra qaçqın statusu verilməsi qaydası sadələşdirilməyib və hər kəsə qaçqın kimi Almaniyaya gəlmə hüququ verilməyib. 

Qaçqın statusunun alınması əvvəlki kimi qaçqının mənşə ölkəsində siyasi təqibi ilə bağlı olacaq.

Paktda BMT-nin araşdırmalarında inkişaf etmiş ölkələrdə əhalinin davamlı azalmasının immiqrasiya vasitəsi ilə aradan qaldırılması ideyası da əks olunur. Araşdırmalar göstərir ki, 2050-ci ilə kimi Almaniyaya 17,8 milyon miqrant gələcək, nəticədə ölkə əhalisi təxminən 81,7 milyon nəfər olacaq.