Vaşinqtonun Kapitoli təpəsində ABŞ-ın 41-ci prezidenti Ata Corc Buşla vida mərasimi keçirilir.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, mərhumun cənazəsi Konqresin Rotonde adlı mərkəzi zalında yerləşdirilib.

Mərasimdə eks-prezidentlər Kiçik Corc Buş, Bill Klinton və hazırki prezident Donald Tramp da iştirak edir. Vida mərasimi dekabrın 5-nə qədər davam edəcək. Bundan sonra Vaşinqton Kafedral Kilsəsində ayin icra olunacaq və Corc Buş torpağa tapşırılacaq.