Fransa prezidenti Emmanuel Makron Serbiyaya səfərini təxirə salıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Fransa prezidenti Serbiya prezidenti Aleksandr Vuçiç ilə telefon danışığı zamanı bildirib.

Serbiya prezidentinin sözlərinə görə, səfərin təxirə salınmasını ondan Emmanuel Makron xahiş edib: “Emmanuel Makron xahiş etdi ki, Fransada vəziyyətə və ölkə daxilində onun üzləşdiyi problemlərlə əlaqədar onun Belqrada səfəri bir neçə həftə təxirə salınsın. Mən ona dedim ki, ümid edirəm ki, Parisdə və Fransada vəziyyət tezliklə sakitləşəcək”.

A.Vuçiç əlavə edib ki, E.Makronla ikitərəfli münasibətlərin inkişafını və Fransanın Serbiyaya Avropa yolunda verdiyi dəstəyi müzakirə edib.

Qeyd ədək ki, Fransa prezidenti Emmanuel Makronun Serbiyaya səfəri dekabrın 5-6 baş tutmalı idi.