Böyük Britaniya Kerç boğazında Ukrayna gəmilərinin saxlanılması ilə əlaqədar Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi zəruriliyi ilə razıdır.

“Report” xəbər verir ki, bunu ölkənin baş naziri Tereza Mey İcmalar Palatasında çıxışı zamanı deyib. Onun sözlərinə görə, Britaniya Avropa ölkələrinin Rusiyaya qarşı sanksiya rejiminin gücləndirilməsi məsələsində öndə olub.

“Bu, Rusiyanın yeganə təcavüzkar davranış nümunəsi deyil. Onlar dənizçiləri azad etməli, vəziyyəti sabitləşdirməlidirlər”, – deyə baş nazir bildirib. O, qeyd edib ki, bu insidenti Argentinada keçirilən G20 sammitində iştirak edən bir neçə ölkənin liderləri ilə müzakirə edib.