Müğənni Nigar Camal üçüncü dəfə ana olmaq istəyir.

Axşam.az-ın məlumatına görə, sənətçi bu haqda “Kim yatmış, kim oyaq” proqramında deyib.

O, aparıcının “Baxanda deməzsən üç övladı var” sözlərinə belə cavab verib:

“Hələ yox. İndi iki övladım var. Üçüncünü düşünürəm. Uşaqlarım İngiltərədə yaşayır. Ora gedib-gəlmək mənə çətindir. Əgər bir şəhərdə olsaydım daha çox iş görərdim”.