Böyük Britaniyanın “The Guardian” nəşri ilin ən yaxşı mahnılarını seçib.

“Report” “The Guardian”a istinadən xəbər verir ki, birinci yerə Donald Qloverin (səhnə adı “Childish Gambino”) ifa etdiyi “This is America” mahnısı layiq görülüb.

İkinci yerdə Jenal Moneyin ifa etdiyi “Make Me Feel”, üçüncü yerdə Ariana Qrande “No tears left to cry”, dördüncü yerdə isə ifaçısı Robin olan “Honey” mahnısı qərarlaşıb.

Həmçinin Ariana Qrandenin yeni mahnısı “Thank U” və Robinin ” Missing U” mahnısı ilk onluğa düşə bilib.