Məşhur aktyor Mehmet Əli Alabora həbs ediləcək.

“Ölkə.Az” xəbər verir ki, Gezi Parkı hadisələrinə görə davam edən istintaq çərçivəsində “Türkiyə Respublikası hökumətini ortadan qaldırmaq və ya vəzifəsini icra etməyə mane olmaq təşəbbüsü” ilə açılan cinayət işində həbs barədə qərar çıxıb.

İstanbul prokurorunun vəkili Həsən Yılmaz tərəfindən hazırlanan iddia aktına əsasən, Alabora Gürcüstan və Ərəb dünyasındakı inqilablarda rol alan OTPOR lideri serb əsilli İvan Maroviç ilə İstanul və Misirdəki hadisələrdən əvvəl görüş keçirib.

İddia aktına əsasən, aktyor arvadı Ayşe Pınar Alabora, Defne Anter, yazıçı Handan Meltem Arıkan və reklamçı Metin ilə 18-21 sentyabrda İstanbulda (2012-ci il) 7-15 oktyabrda isə Misirdə İvan Maraviç ilə görüşüb.

Alabora 2011-ci ildə video çəkərək “İstanbul, ayağa qalx” ifadələrini işlədib.