Avropa İttifaqı Böyük Britaniyanın üzvlükdən çıxmasının şərtlərinə dair sazişin imzalanması və tamamlanması ilə bağlı rəsmi prosedura başlayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının bəyanatında deyilir.

Qeyd olunur ki, Avropa İttifaqı Şurası və Avropa Parlamenti sazişi imzalamağa rəsmi icazə verdikdən sonra Böyük Britaniyanın da müsbət cavab verəcəyi təqdirdə, sənəd 30 mart 2019-cu il tarixindən qüvvəyə minəcək.