Fərhad Çağtürk / AzEuroNews.com  Almaniyanın Hannover şəhərində yaşayan və dövlətdən sosial yardım alan ailənin evindən 61 300 avro çıxıb.

AzEuroNews.com xəbər verir ki, indi ailə aldığı yardımı cəriməsi ilə birgə dövlətə ödəməlidir.

Belə ki, Hannover şəhərinin Qarbsen qəsəbəsində yaşayan Türkiyə vətəndaşı Haticə B.nin 27 yaşındakı oğlu narkotik satdığı üçün polis onun evində axtarış aparıb.

Axtarış zamanı evdən 61 300 avro pul tapılıb.

Polisin araşdırması zamanı məlum olub ki, bu pul narkotik satışından əldə edilməyib. Ailənin Türkiyədə bir neçə evinin olduğu və onları kirayəyə verdikləri də məlum olub.

Türk ailə indiyə kimi dövlətdən aldığı sosial yardımı cəriməsi ilə birgə geri ödəməlidir.