Azərbaycan və Türkiyə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu üçün birgə yük vaqonları istehsal edəcək.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Mehmet Cahit Turhan bildirib.

“Biz Azərbaycanda BTQ dəmir yolu üçün yük vaqonlarının istehsalı üzrə zavod yaradacağıq”, – nazir “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovla görüşdən sonra jurnalistlərə deyib.

“Layihə üzərində işlər, demək olar, yekunlaşıb. Vaqonların zavod yaradılan kimi istehsal olunmasına başlanılacaq”, – nazir vurğulayıb.

Xatırladaq ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti 2017-ci ildən yük daşımaları həyata keçirməyə başlayıb.