İranın cənubi-şərqindəki Sistan vilayətində terror aktı törədilib.

“Ölkə.Az” xəbər verir ki, Çabahar şəhərindəki hərbi baza yaxınlığında partlayış törədilib. Bu barədə vilayət qubernatorunun təhlükəsizlik məsələləri üzrə müavini Məhəmməd Hadi Maraşi məlumat verib:

“Bu gün səhər saatlarında Çabahardakı hərbi baza yaxınlığında partlayıcı qurğu işə salınıb. Nəticədə bir neçə nəfər yaralanıb. Həlak olan var”.

“Tasnim” agentliyi isə ən azı 3 nəfərin həlak olduğu barədə məlumat yayıb. “Al Mayadeen” kanalı isə partlayış olan bölgədə silah səslərinin eşidildiyi barədə xəbər yayıb.

Qeyd edək ki, maşına quraşdırılmış partlayıcı qurğu işə düşüb və partlayış olub.