Simvol foto © Gerd Altmann / pixabay.com
Simvol foto © Gerd Altmann / pixabay.com

Fərhad Çağtürk / AzEuroNews.com / Köln   Almaniyada təxminən 6 milyon insan “Hartz IV”adı verilən işsizliyə görə dövlətdən yardım alır. AzEuroNews.com xəbər verir ki, bunlardan təxminən 4,1 milyonu işləyə biləcək vəziyyətdədir. 1,6 milyon insan isə, hansısa bir işə yönləndirilə bilmirlər. Onlardan 548 min nəfəri Almaniyanın iş həyatına hazırlanırlar. Universitet və məktəbə gedib yardım alanların sayı isə 408 min nəfərdir.

Yardım alanlardan təxminən 1,9 milyon nəfəri dörd ildən artıqdır ki, işsizdir. 560 min nəfər bir uşağa sahibdir və ona tək baxır. Bu isə, onları Almaniyanın iş həyatına hazırlamağa imkan vermir.

Yardım alan 2,8 milyon insanın 64 %-inin hansısa bir peşəsi yoxdur. Yardım alanların üçdə ikisi 18 ilə 55 yaşları arasındadır. 18,8 %-i isə 25 yaşın altındadır və onların da çoxu da hanısa bir peşəyə sahib deyillər. 17,2 %-i isə 55 yaşından yuxarıdır. Təkcə keçən il yardım alanlardan 1,1 milyon insan işlə təmin olunub. Onlardan 951 nəfəri isə, sosial siğortaya sahibdirlər.