Simvol Foto © Fərahim İlqaroğlu / AzEuroNews.com
Simvol Foto © Fərahim İlqaroğlu / AzEuroNews.com

Fərhad Çağtürk / AzEuroNews.com / Köln Almaniyada barəsində həbs qərarı verilən 467 “Neonazist” yoxa çıxıb.

AzEuroNews.com xəbər verir ki, bir müddət əvvəl barərində cinayət işi açılan irqçi almanın izi itirilib. Federal hökumətdən Sol Partiyasının sorğusuna cavab olaraq deyilib ki, axtarışda olan şəxslərin adı 108 siyasi cinayətə qarışıb. 

Axtarışda olan şəxslərin irqçilərin təşkil etdiyi aksiyalarda və konsertlərdə iştirak etdiyi də müəyyən edilib.

“Neue Osnabrücker Zeitung” qəzetinin xəbərinə görə, son aylar polis tərəfindən axtarışda olan “Neonazist”lərin sayında artış qeydə alınıb. Belə ki, dörd il əvvəl 253 qadın və kişi irqçi alman axtarışa verilmişdisə, bu il bu rəqəm 467 olub. Onların çoxu Almaniyada olan qaçqın yataqxanalarına hücumla bağlı axtarılır.