Dünən sübh saatlarında Bakı şəhər Nizami rayonu ərazisində avtomobilin vurduğu süpürgəçi qadın xəstəxanada vəfat edib.
Heydər Əliyev prospekti 128 ünvanının qarşısında – “Bağırov” körpüsünün yaxınlığında Dadaşov Samir Boris oğlunun idarə etdiyi “Mitsubishi” markalı avtomobillə vurduğu MKİS işçisi, 1965-ci il təvəllüdlü Muradova Almagül Pirağa qızı 3 saylı şəhər klinik xəstəxanasının reanimasiya şöbәsindә vəfat edib.
Faktla bağlı Nizami rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.
Publika.az