Almaniyanın avtomobil nəhəngi “Audi” 64 minə maşını geri çağırır.

“Ölkə.Az” “Der Spiegel”ə istinadən xəbər verir ki, buna dizel qalmaqalı ilə bağlı olan V-TDI mühərrikləri səbəb olub.

Məlumata əsasən, mühərriyin idarə olunmasına dair proqram təminatının bir hissəsi silinəcək. Geri çağrılma A6, A7 “Sportback”, A8, Q5 və SQ5 modellərinə şamil edilir. Sözügedən markalar Avro-6 standartlarına cavab verməyib.

Qeyd edək ki, dizel böhranı 2015-ci ildə “Volkswagen” şirkətində yoxlamalardan sonra başlayıb. Şirkət bilərəkdən prqoram təminatı vasitəsilə avtomobilin ətraf mühitə buraxdığı zərərli qazların miqdarını azaldıb.