Bu gün AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

Trend-in məlumatıəna görə, iclasda milli futbol yığmamızın son 1 il ərzində gördüyü işlər müzakirə olunub.

İclasın yekununda futbol üzrə milli komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərə postunu tərk etdiyini bildirib.

Bildirək ki, Q.Qurbanov bir ildir ki, bu vəzifədə idi.

Qeyd edək ki, o, həmçinin “Qarabağ” klubunun baş məşqçisidir.