“Mançester Siti” futbol üzrə İngiltərə Premyer Liqasının 16-cı turunda bu mövsüm ilk dəfə məğlubiyyətə uğrayıb.

“Ölkə.Az”ın məlumatına görə, Londonun “Stemford Bric” stadionunda “Çelsi”nin qonağı olan komanda qapısında iki top görüb.

Matçda hesab 45-ci dəqiqədə açılıb. Yarımmüdafiəçi N’Qolo Kante fərqlənib. Görüşün sonlarına yaxın isə müdafiəçi David Luis “Çelsi”nin ikinci qolunu vurub.