Simvol foto / © Fərahim İlqaroğlu / AzEuroNews.com
Simvol foto / © Fərahim İlqaroğlu / AzEuroNews.com

Fərhad Çağtürk / AzEuroNews.com / Köln  Almaniyanın Köln şəhərində bu ölkədə yaşayan həmvətənlərimizin iştirakı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı ədəbi-bədii gecə keçiriləcək. AzEuroNews.com xəbər verir ki, “Azərbaycan – Əbədiyyət Yolçusu” adlı ədəbi-bədii gecə 21 dekabr, saat 18-də, Senats Otelində (Ünvan: Unter Goldschmied 9-17. D-50667, Köln) baş tutacaq.

Ödənişsiz olan tədbirdə populiyar müğənni Qismət Məmmədzadə, Azərbaycan Opera və Balet Teatrının solisti Vüsalə Musayeva, tarzən Vahid və digər məşhur sənətçilər iştirak edəcəklər.