Fərhad Çağtürk / AzEuroNews.com   Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı təhqir etdiyi iddiası ilə 20539 nəfərə cinayət işi açılıb. AzEuroNews.com xəbər verir ki, bu 2017-ci ildə Türkiyə Qanunvericiliyinə daxil edilən “Prezidenti təhqir etmək” qanununun daxil edilməsindən sonra qeydə alınıb. 

Məsələn, Türkiyədə hərbi çevrilişə cəhddən sonra Ankara Universitetinin Hüquq Fakültəsindən qovulan və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təhqir etdiyi iddiası ilə həbs edilən Cenk Yiğiterə 1 il 5 ay 15 gün cəza verilib.

O, sosial şəbəkələrdən birində “Eskiden reis deyince aklıma ilk Temel Reis gelirdi ama şimdi yavşağın biri geliyor” statusunu yazdığına görə, həbs edilib.

Prezidenti təhqir etdiyi iddi edilən və bun görə həbs edilənlər arasında 53 jurnalist də var. Həbs edilənlərin çoxu Avropa İnsan Haqları Məhkəməsinə müraciət edib.