Foto © Justin Brosch / nrw-aktuell.tv
Foto © Justin Brosch / nrw-aktuell.tv

Fərhad Çağtürk / AzEuroNews.com / Köln Almaniyanın  Mülhaym şəhərində Kürd-Livan ailələrinin toyu üçün 500-dən çox polis ayrılıb. AzEuroNews.com xəbər verir ki, bəy Almaniyada məşhur rok qrupu “Hells-Angels” (“Cəhənnəm mələkləri”) üzvü olub. Polis gələn qonaqların üzərində silah ola biləcəyi ehtimalı ilə səyyar yoxlanış məntəqəsi yaradıb. 

Kürd-Livan klanının toyunda 800-dən çox qonaq iştirak edib.

Foto © Justin Brosch / nrw-aktuell.tv
Foto © Justin Brosch / nrw-aktuell.tv

Məlumat üçün qeyd edək ki, “Hells Angels”in lideri Türkiyə vətəndaşı Aygün Mucuk olub. O, 2016-cı ildə Almaniyanın Giessen şəhərində küçənin ortasında 16 güllə vurularaq öldürülüb. Güclü təhlükəsizlik tədbirləri altında müsəlman qəbiristanlığında dəfn edilən Mucukun dəfn mərasimində Almaniyadan və xaricindən 500-dən çox “Hells Angels” üzvü iştirak edib. Hazırda isə,  “Hells Angels”in Frankfurtda fəal olan alman üzvləri ilə Giessen mərkəzli Türk üzvləri arasında uzun müddətdir gərginliklər yaşanır və bəzən də dava çıxır.  Bu iki qrup arasındakı rəqabət qarşıdurmaya çevrilib. Hazırda  qrup üzvlərinin törətdiyi cinayətlərlə  bağlı xüsusi polis qrupu hərtərəfli təhqiqat aparır.