Simvol foto © Fərahim İlqaroğlu / AzEuroNews.com
Simvol foto © Fərahim İlqaroğlu / AzEuroNews.com

Fərhad Çağtürk / AzEuroNews.com / Köln Bu gün Almaniyayda dəmiryolçular tətil edir. AzEuroNews.com xəbər verir ki, saat 05.00 ilə 09.00 arasında başlayacaq tətilin ölkəboyu bütün qatar reyslərinə təsir edəcəyi xəbərdarlığı edilib.

Alman Dəmiryolları və Daşımaçılıq Həmkarlar Təşkilatı (EVG)  dəmiryolçuların maaş artımı tələblərinin qəbul edilmədiyi üçün işi buraxacaqlarını elan edib.

İşçilər maaşlarının 7 % artırılmasını tələb edirlər.

Məlumat üçün bildirək ki, Almaniyada sonuncu dəfə bu ilin mart ayında nəqliyyat işçilərinin tətili olub. Bir neçə gün davam edən tətil zamanı Almaniyada həyat iflic olmuşdu.