Futbol üzrə Fransa Liqasında XVII turun daha iki oyunu təxirə salınıb.

“Report” yarışın rəsmi saytına istinadən xəbər verir ki, bu günə nəzərdə tutulan “Anje” – “Bordo” və “Nim” – “Nant” matçları Fransa hökumətinin tələbi ilə başqa tarixdə keçiriləcək. Buna ölkədə yanacağın bahalaşmasına etiraz olaraq davam edən aksiyalar səbəb olub.

Qeyd edək ki, daha öncə XVII turun “Monako” – “Nitsa”, “Sent-Etyen” – “Marsel”, “Tuluza” – “Lion” və PSJ – “Monpelye” görüşləri də eyni səbəbdən təxirə salınıb.