ABŞ-ın “Los-Anceles Qelaksi” klubunun futbolçusu Zlatan İbrahimoviçin İtaliya “Milan”ına dönüşü baş tutmayıb.

“Report” xəbər verir ki, bu barədə “Futbol Italia”ya Milan təmsilçisinin idman direktoru Leonardo bildirib. Onun sözlərinə görə, 37 yaşlı isveçli hücumçu hazırkı klubu ilə müqaviləsinin müddətini uzatmağa razılıq verib.

Qeyd edək ki, Z.İbrahimoviç 2010-2012-ci illər aralığında “Milan”da çıxış edib. O, bu ilin martında “Los-Anceles Qelaksi”yə keçib.