“Yuventus”un portuqaliyalı ulduzu Kriştianu Ronaldo maraqlı açıqlaması ilə diqqət çəkib. “Qafqazinfo” xəbər verir ki, o, bir vaxtlar eyni liqada top qovduğu argentinalı superulduz Lionel Messi üçün darıxdığını deyib.

Ronaldo hətta Messini İtaliya A Seriyasına dəvət edib: “Bəlkə də mən Messi üçün darıxıram. Amma o, İspaniyada oynayır. Mən Portuqaliya, İngiltərə, İspaniyada oynamışam, hazırda İtaliyadayam. Ola bilər ki, Messinin mənə çox ehtiyacı var. Həyat daim mübarizə aparmaq deməkdir. Mən də mübarizəni sevirəm. Messini İtaliyaya dəvət edirəm və bir gün bura gəlməsini istəyərəm. Amma o, İspaniyada xoşbəxtdirsə, heç bir şey etmək olmaz, hörmət bəsləmək lazımdır. Fantastik futbolçudur və yaxşı insandır”.

Kriştianu “Real”dakı günlərini də xatırlayıb: “Madriddəki komanda yoldaşlarım təvəzökar insanlar idi, amma burdakılar qədər deyil. “Yuventus”dakı komanda mənim üçün ən yaxşısıdır”.