Kənan Doğulu dünən keçirilən “Altın Kelebek” mükafatlandırma mərasimində Beren Saatı öpüb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 45-ci dəfə keçirilən “Altın Kelebek” mükafatlandırma mərasimində xüsusi mükafata layiq görülən müğənni Kənan Doğulu sevincini həyat yoldaşı Beren Saatla paylaşıb. Beren Saat mükafat elan edildikdən sonra müğənni ərini öpərək təbrik edib.