ABŞ-ın regionlarında qar qasırğası ciddi fəsdlara yol açıb. Trend-in məlumatına görə, təbii fəlakət səbəbindən təxminən 2 min aviareys təxirə salınıb, bundan başqa, 276 min amerikalı işıqsız qalıb.

Qeyd edək ki, bir neçə gün öncə artıq Nyu-Meksika və Şimalı Korolina ştatı ərazisində qasırğa proqnozu ilə əlaqədar əhaliyə xəbərdalıq edilmişdi.

Məlumata görə, bəzi ştatlarda yağan qarın hüdürlüyü 50 sm, hətta 70 sm-a çatır.