Ekspertlər 2018-ci ilin ən məşhur smartfonlarının siyahısını tərtib ediblər.  Belə ki, bu ilin 3 ən yaxşı smartfonu Samsung Galaxy Note 9, İphone XS Max və İphone XS seçilib.

AzEuroNews.com bildirir ki, araşdırma müddətində 415 smartfon 229 keyfiyyət və təhlükəsizlik parametrlərinə görə qiymətləndirilib. Smartfonlar əsasən kamera, internet, video, zənglər, mesajlar, musiqi, naviqasiya, və digər telefon imkanlarına görə dəyərləndirilib.

Siyahının ilk onluğunda isə Samsung Galaxy S9, Samsung Galaxy S9 +, Samsung Galaxy S8, Huawei Mate 20 Pro, iPhone XR, Samsung Galaxy S8 + və iPhone 8 Plus smartfonları dayanır.