“Instagram”da səsli mesaj funksiyası yaradılıb.

“Report” xəbər verir ki, sosial şəbəkə istifadəçiləri indi bir-birlərinə səsli mesaj göndərə bilərlər.

Səsli mesajları “Direct” vasitəsilə göndərmək mümkündür.

“Necə istəyirsiniz, elə danışın sizi eşitsinlər: pıçıldayaraq deyin nə edirsinizsə, ya qışqıraraq kompliment deyin”, – şirkətin “Twitter”də məlumatında bildirilir.

Bildirilir ki, səsli mesajın maksimal müddəti 1 dəqiqə təşkil edə bilər.