Fransanın PSJ klubunun hücumçusu Nemar İspaniya “Real Madrid”inin oyunçusu Kriştianu Ronaldudan sonra dünyanın ən brend futbolçusudur.

“Report”un məlumatına görə, braziliyalı forvardın sponsorlarla qüvvədə olan 35 müqaviləsi var. PSJ-dəki illik 63 milyon avro əmək haqqıdan əlavə, o, sponsor anlaşmalarından 15,5 milyon avro qazanır.

Qeyd edək ki, Neymarı sosial şəbəkədə 106 milyon izləyir. Bu göstəricidə “sambaçı” Lionel Messi (102 milyon), Devid Bekhem (52 milyon), Lebron Ceymsdən (45 milyon) öndədir. Lider isə yenə Kriştianu Ronaldudur – 147 milyon.