Simvol Foto © Fərahim İlqaroğlu / AzEuroNews.com
Simvol Foto © Fərahim İlqaroğlu / AzEuroNews.com

Fərhad Çağtürk / AzEuroNews.com Almaniyada qaçqınlarla polis əməkdaşları arasında insident yaşanıb. AzEuroNews.com xəbər verir ki, hadisə Bavariya əyalətində yerləşən Bamberq şəhərindəki qaçqın yataqxanalarından birində qeydə alınıb. Belə ki, barəsində deportasiya qərarı verilən yataqxana sakinini aparmağa gələn polis eritreyalıların barikadası ilə qarşılaşıb. Polisə daş atan qaçqınlar əraziyə əlavə polis qüvvəsinin çağrılmasına səbəb olublar. Polis müqavimət göstərən qaçqınlara müdaxilə edən zaman yataqxanaya od vurulub.

Mənzillərdən birində baş verən yanğının söndürülməsi üçün əraziyə yanğınsöndürənlər gəliblər. Alovun qarşısı alınaraq digər mənzilərə keçməsi əngəllənib.

Polisdən verilən məlumata görə, baş verən yanğın nəticəsində 9 nəfər tüstüdən zəhərlənərək xəstəxanaya yerləşdirilib. Şəhər bələdiyyəsinin yaydığı məlumatda deyilir ki, yanğın nəticəsində dövlətə 100 min avrodan çox ziyan dəyib.