Simvol foto © Randy Colas / unsplash.com
Simvol foto © Randy Colas / unsplash.com

Fransanın Strasburq şəhərinin mərkəzində atışma baş verib.

AzEuroNews.com -un məlumatına görə, atışma nəticəsində 1 nəfər həlak olub, 10 nəfər isə yaralanıb.

Bildirilir ki, atəş açan şəxs hadisə yerində qaçıb və onun axtarışları davam edir. Şəhər hakimiyyəti baş verən insidentlə əlaqədar sakinlərdən evlərini tərk etməməyi istəyib. Cinayətin təfərrüatları araşdırılır.

KİV-lərin məlumatına əsasən, Strasburq şəhərinin xəstəxanalarında terror aktları zamanı tətbiq edilən təcili plan fəaliyyətə başlayıb.

Fransanın daxili işlər naziri Kristof Kastaner öz “Twitter” səhifəsində bildirib ki, Strasburqdakı vəziyyəti izləmək üçün hazırda nazirliyin böhran mərkəzindədir.