Böyük Britaniyanın baş naziri Tereza Mey istefaya göndərilə bilər.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Mühafizəkarlar Partiyasının komitə rəhbəri Qrem Bredli açıqlama verib.

“Səsvermə qaydalarına uyğun olaraq səsvermə bu gün 16:00-18:00 arasında baş tutacaq”- deyə Bredli açıqlama verib.

O, Meyə etimad səs verməsi keçirmək üçün deputatların 15%-dən çoxunun “hə” dediyini əlavə edib.